27 bal məhsulunda uyğunsuzluq aşkarlanıb

27 bal məhsulunda uyğunsuzluq aşkarlanıb № Məhsulun adı Məhsulun istehsalçısı Məhsul partiyası/ istehsal və son istifadə tarixi Yerli istehsal "Pətək Süzmə" əmtəə nişanlı bal Fiziki şəxs Məmmədəliyev Əli Teymur oğlu 01.05.2024−01.05.2026, 01.10.2023−01.10.2025
Sağlamlıq
15 Yanvar , 2025 18:01
27 bal məhsulunda uyğunsuzluq aşkarlanıb

Ticarət şəbəkələrində satılan doqquz istehsalçıya məxsus 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Nümunələrin sınaq nəticəsinə əsasən, 23 bal məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. Doqquz istehsalçıya məxsus 27 bal məhsulu partiyasında isə uyğunsuzluqlar müəyyən edilib.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdə plandandankənar yoxlama keçirilib və məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul olunub.

Eyni zamanda həmin müəssisələrdən ikisində məhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görə sahibkarlar inzibati məsuliyyətə cəlb edilib. Aparılan nəzarət tədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1560 kq bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib.




Orphus sistemi