Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxmanı üstələyib

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxmanı üstələyib 32 nəfər COVID-19-dan vəfat edib
Sağlamlıq
16 Aprel , 2021 19:11
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxmanı üstələyib
0 : 00
0 : 00

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 163 yeni yoluxma faktı qeydə alınıb, 2 251 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 296 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 260 193 nəfər müalicə olunaraq sağalıb, 4 077 nəfər vəfat edib. 32 104 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 478, bu günə qədər isə ümumilikdə 3 082 157 test icra olunub.

Son xəbərlər

Orphus sistemi