Qida məhsulları sahəsində fəaliyyət göstərən 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
"Report" xəbər verir ki, həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Zeynalova Fəridə Telman qızı |
Pərakəndə satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 |
Xankişiyev Mühəddin Xankişi oğlu |
İlkin istehsal |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
3 |
Sadiqov Əkbər Dünyamalı oğlu |
Topdan satış |
Sahibkar tərəfindən müvafiq şərait yaradılmamışdır. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.