Bakıdakı 2 nömrəli Doğum Evinin əsaslı təmiri üçün 2 milyon manat ayrılıb

Bakıdakı 2 nömrəli Doğum Evinin əsaslı təmiri üçün 2 milyon manat ayrılıb Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sağlamlıq
3 Aprel , 2019 18:06
Bakıdakı 2 nömrəli Doğum Evinin əsaslı təmiri üçün 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi