On beş adda qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

On beş adda qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır
Sağlamlıq
127
19 Fevral , 2021 12:26
On beş adda qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

Bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın 2021-ci ilin 8-14 fevral tarixləri arasında 2 iclası keçirilib və ümumilikdə 42 müraciətə baxılıb.

Bu Barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, nəticədə 15 adda bioloji fəallığa malik qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib. Bunlardan 14 adda bioloji fəallığa malik qida əlavəsi “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın qablaşdırma və istifadə təlimatına dair tələblərinə cavab vermədiyi, 1 adda bioloji fəallığa malik qida əlavəsində isə təhlükəsizlik göstəriciləri üzrə uyğunsuzluq aşkarlandığı üçün sertifikatlaşdırılmasından imtina olunub.

Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi