On iki qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

On iki qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır
Sağlamlıq
24 Fevral , 2021 10:09
On iki qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

Bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın 2021-ci ilin 15-21 fevral tarixlərində 2 iclası keçirilib və ümumilikdə 55 müraciətə baxılıb.

Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, nəticədə 43 müraciət əsasında idxal olunan bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 12 adda bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.

Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi