“103” xidmətinə sutkada 2 000-2 500 çağırış daxil olur

“103” xidmətinə sutkada 2 000-2 500 çağırış daxil olur Azərbaycanda “103” xidmətinə daxil olan telefon zənglərinin sayı açıqlanıb.
Sağlamlıq
22 Dekabr , 2020 15:06
“103” xidmətinə sutkada 2 000-2 500 çağırış daxil olur

Azərbaycanda “103” xidmətinə daxil olan telefon zənglərinin sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə İcabri Tibbi Sığorta Agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusla mübarizəyə cəlb olunmuş bütün səhiyyə strukturları gücləndirilmiş iş rejimində çalışırlar:

"Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayının artması təcili tibbi yardıma edilən müraciətlərin sayının da artmasına səbəb olub. Pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3 000-ə, çağırışların sayı 1 500-2 000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2 000-2 500-ə yaxındır. İş yükünün artmasına baxmayaraq, hər bir çağırış müvafiq qaydada icra olunur. Bəzən təcili tibbi yardıma ehtiyacı olmayan xəstələrin “103” xidmətinə çoxlu sayda müraciəti telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur".

Son xəbərlər

Orphus sistemi