Təhsil eksperti: “Bir ildir eyni oyunu oynayıb fərqli nəticə gözləyirik” - VİDEO

Təhsil eksperti: “Bir ildir eyni oyunu oynayıb fərqli nəticə gözləyirik” - VİDEO Kamran Əsədov problemdən çıxış yolu kimi alternativ dərsliklərin hazırlanmasını təklif edib
"Report" studiyası
5 Aprel , 2021 19:07
Təhsil eksperti: “Bir ildir eyni oyunu oynayıb fərqli nəticə gözləyirik” - VİDEO

“Biz eyni sistemi hələ də davam etdiririk. Distant və onlayn tədris fərqli təhsil üsullarıdır. “Microsoft Teams”, “Zoom”,”Skype” və digər platformalarda keçirilən dərs təhsilin elektronlaşması demək deyil. 1-ci sinif şagirdləri təhsildə 6 dəfə geridədirlər. Bir ildir eyni oyunu oynayıb fərqli nəticə gözləyirik”.

Təhsil eksperti Kamran Əsədov “Report”un “Müzakirə Vaxtı”na müsahibəsində problemdən çıxış yolu kimi alternativ dərsliklərin hazırlanmasını təklif edib:

“Distant təhsilə keçid üçün hüquqi baza olmalıdır, ölkəmizdə isə distant təhsilin təşkili qaydaları ilə bağlı hələ də ayrıca qərar verilməyib. Yoluxma sayı artanda məktəblərin bağlanması, azalanda isə açılması mexanizmi heç bir halda keyfiyyət göstəricisi olmayacaq”.

“Report” K.Əsədovun videomüsahibəsini təqdim edir:

Son xəbərlər

Orphus sistemi