45 ildir evli olan sevgililər: “Şuşada qonşu olmuşuq” - VİDEO

45 ildir evli olan sevgililər: “Şuşada qonşu olmuşuq” - VİDEO 30 iyun Azərbaycanda milli Sevgililər Günüdür.
"Report" studiyası
30 İyun , 2021 13:44
45 ildir evli olan sevgililər: “Şuşada qonşu olmuşuq” - VİDEO
Bağırov Yelmar və Xayatova Qənirə

30 iyun Azərbaycanda Milli Sevgililər Günüdür.

"Report"un əməkdaşı bu gün münasibətilə 45 ildir evli olan şuşalı sevgililərdən reportaj hazırlayıb.

“Sevginin günü olmur, sevən insan üçün hər gün bayramdır” deyən Bağırovlar ailəsi 45 illik sevgi tarixçəsini “Report”a bölüşüb.

Bağırov Yelmar Hüseynqulu oğlu 1945-ci ildə Şuşa şəhərində anadan olub və ilk təhsilini də orada alıb. Onun həyat yoldaşı Xayatova Qənirə Zeynal qızı isə 1950-ci ildə Ağdamda anadan olub, 1-ci sinfə isə Şuşada 7 nömrəli məktəbə gedib.

Eyni məhəllədə qonşu olan Qənirə xanım və Yelmar bəy 1977-ci ildə Şuşada tanış olduqlarını bildiriblər. Daha sonra sevgilərini əbədiləşdirərək ailə quran cütlüyün üç övladı da Şuşada dünyaya gəlib.

Hazırda nənə-baba olan cütlük gənc ailələri güzəştli və səbirli olmağa, eləcə də can deyib can eşitməyə çağırıb.

Qeyd edək ki, bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

"Report" videomaterialı təqdim edir:

Operator: Mircavid Eminoğlu

Montajçı: Rəvan Novruzov

Son xəbərlər

Orphus sistemi