Zurabişvili və Vaşadze Gürcüstanda keçirilən prezident seçkilərinin II turuna keçir - YENİLƏNİB-2

Zurabişvili və Vaşadze Gürcüstanda keçirilən prezident seçkilərinin II turuna keçir - YENİLƏNİB-2 Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb.
Region
29 Oktyabr , 2018 08:36
Zurabişvili və Vaşadze Gürcüstanda keçirilən prezident seçkilərinin II turuna keçir - YENİLƏNİB-2

Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Məlumata görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir.

Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.

Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və "Qirçi" Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb.

Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub.


***06:58

Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 86 faizi hesablanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Bildirilir ki, son hesablamalardan sonra müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi təqribən 1 faiz təşkil edir.

Məlumata görə, Zurabişvili səslərin 38,64%-ni, Vaşadze isə 37,65%-ni toplayır.

MSK hazırda 3705 seçki məntəqəsindən 3191-i üzrə bülletenlər hesablanıb.


***01:44

Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, nəticələrə əsasən, müstəqil namizəd Salome Zurabişvili 41,7%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 36,09% səs toplayıb.

Seçkilərdə məğlubiyyətini etiraf etmiş Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze isə 10,82% səs qazanıb.

Bu saata qədər 3705 seçki məntəqəsinin 665-i üzrə səslər sayılıb. Bu da seçki məntəqələrinin ümumi sayının 17,95%-ni təşkil edir.

Bundan əvvəl Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçiriləcəyi məlum olub.

Son xəbərlər

Orphus sistemi