Yuxarı

Zurab Alavidze: “Barjomi rayonu ərazisindəki yanğın praktiki olaraq lokallaşdırılıb”

Zurab Alavidze: “Barjomi rayonu ərazisindəki yanğın praktiki olaraq lokallaşdırılıb”
Azərbaycan vertolyotu səhər saatlarından yanğının söndürülməsinə qoşulub

Tbilisi. 24 sentyabr. REPORT.AZ/ "Azərbaycandan gəlmiş “Ka 32A” helikopteri və Gürcüstana məxsus iki vertolyot bu gün səhərdən Barjomi rayonundakı Tsaqveri kurort qəsəbəsi yaxınlığında (Samtsxe-Cavaxeti regionunda) yanğının söndürülməsi əməliyyatlarında iştirak edirlər. Yanğın praktiki olaraq artıq lokallaşdırılıb".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze “İmedi” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, sentyabrın 22-dən başlayan yanğın qəsəbənin yaxınlığında 4 hektardan çox ərazini məhv edib. Hazırda yeni yanğının daha geniş ərazilərə yayılma ehtimalı yoxdur.

Nazir deyib ki, yanğının söndürülməsi üçün bu gün Türkiyədən də iki helikopter gələcək.

Hazırda yanğının söndürülməsində 3 helikopter, 18 yanğınsöndürən maşın, 250 yanğınsöndürən, Daxili İşlər Nazirliyinin xüsusi işlər üzrə 300 əməkdaşı iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi