Zaxarova: "Ermənistan baş naziri vəzifələri icraçısının mətbuat katibinin bəyanatı narahatlıq doğurur"

Zaxarova: "Ermənistan baş naziri vəzifələri icraçısının mətbuat katibinin bəyanatı narahatlıq doğurur" Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyanın bəyanatının həm forma, həm də məzmun baxımından narahatlıq doğurduğunu bildirib.
Region
5 Dekabr , 2018 21:47
Zaxarova: Ermənistan baş naziri vəzifələri icraçısının mətbuat katibinin bəyanatı narahatlıq doğurur
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova / Report

Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyanın bəyanatının həm forma, həm də məzmun baxımından narahatlıq doğurduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu çərşənbə günü "Tert.am" erməni saytına açıqlamasında deyib.

Yeqoyan bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrın 6-da Sankt-Peterburqda keçirilməli olan sammitinin erməni tərəfinin xahişi ilə təxirə salınması barədə sözlərini təkzib edərək, "Ermənistanın sammitin təxirə salınmasını təklif etmədiyini" bildirib.

"Rusiya prezidentinin köməkçisi Uşakovun sözləri təsdiqə ehtiyac duymur, Ermənistan baş naziri vəzifələri icraçısının mətbuat katibinin bəyanatı isə forma və məzmun baxımından narahatlıq doğurur", - deyə Zaxarova söyləyib.

Son xəbərlər

Orphus sistemi