Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya
“Report” TASS-a istinadən xəbər verir ki, o bunu çərşənbə günü "Tert.am" erməni saytına açıqlamasında deyib.
Yeqoyan bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrın 6-da Sankt-Peterburqda keçirilməli olan sammitinin erməni tərəfinin xahişi ilə təxirə salınması barədə sözlərini təkzib edərək, "Ermənistanın sammitin təxirə salınmasını təklif etmədiyini" bildirib.
"Rusiya prezidentinin köməkçisi Uşakovun sözləri təsdiqə ehtiyac duymur, Ermənistan baş naziri vəzifələri icraçısının mətbuat katibinin bəyanatı isə forma və məzmun baxımından narahatlıq doğurur", - deyə Zaxarova söyləyib.