Yuxarı

YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 40-cı sessiyası işinə başlayıb

Komitə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müraciətlərinə baxacaq

Bakı. 11 iyul. REPORT.AZ/ İstanbulda YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 40-cı sessiyası işinə başlayıb.

"Report" xəbər verir ki, ekspertlər Ümumdünya Mədəni İrsi siyahısına düşmək üçün edilmiş 29 müraciəti nəzərdən keçirəcək.

Namizədlər arasında Türkmənistandakı Koytendağ, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın təklifi olan Qərbi Tyan-Şan ekosistemləri də var.

Komitə, həmçinin artıq Ümumdünya Mədəni İrsi siyahısına düşmüş 108 obyekti, eləcə də ayrıca olaraq "qara siyahı"ya düşmüş 48 məkanı yoxlayacaq. Sonuncu kateqoriyaya təhlükə altında olan obyektlər daxildir. Onlar arasında Özbəkistanın Şəhrisab şəhərinin tarixi mərkəzi də var.

YUNESKO-nun siyahısına düşməyən digər namizədlərə gəlincə, bunlar İraqın cənubundakı Mesopotamiya bataqlıqları və Şərqi Avropadakı məzar daşları, neandertalların Cəbəllütariqdəki mağaraları və Le Korbyuzye və Frenk Lloyd Raytın memarlıq irsi, İrandakı Dəşti-Lüt səhrası və Antiquadakı Nelson tərsanəsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi