​Yerevanın polis rəisinin müavini ABŞ-a mühacirət edib

​Yerevanın polis rəisinin müavini ABŞ-a mühacirət edib Ölkə mətbuatı yazır ki, Artur Mehrabyan Ermənistan hakimiyyətinə ən yaxşı xidmət edənlərdən olub
Region
21 Noyabr , 2015 16:49
​Yerevanın polis rəisinin müavini ABŞ-a mühacirət edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Yerevan şəhər polis rəisinin əməliyyat işləri üzrə müavini Artur Mehrabyan Ermənistandan ABŞ-a mühacirət edib.

"Report" xəbr verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, bu yaxınlarda A.Mehrabyan "Green card" udub. Xəbərdə bildirilib ki, cari ayın əvvəlində Ermənistan polis rəisi Vladimir Qasparyan onu öz ərizəsi əsasında işdən azad edərək, kadr ehtiyatlarına göndərib.

Ölkə mətbuatı yazıb ki, Artur Mehrabyan Ermənistan hakimiyyətinə ən yaxşı xidmət edənlərdən olub.

Son xəbərlər

Orphus sistemi