​Yerevandakı məşhur ticarət mərkəzi alıcı yoxluğundan bağlanıb

​Yerevandakı məşhur ticarət mərkəzi alıcı yoxluğundan bağlanıb Onlar bu gün səhər dükanların açarlarını ticarət mərkəzinin sahibinə təhvil veriblər
Region
14 May , 2015 13:36
​Yerevandakı məşhur ticarət mərkəzi alıcı yoxluğundan bağlanıb

Bakı. 14 may. REPORT.AZ/ Yerevanda məşhur "Malatia" ticarət mərkəzində satış dayandırılıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, buna səbəb əşya bazarında alıcıların yoxluğudur. Alıcıların yoxluğu isə tacirlərin bekarçılığına səbəb olub. Məlumatda bildirilib ki, ona görə də tacirlər çıxış yolunu mağazaları bağlamaqda görüblər.

Xəbərə əsasən, iş adamları bu gün səhər icarəyə götürdükləri dükanların açarlarını ticarət mərkəzinin sahibinə təhvil veriblər.

Məlumatda bildirilib ki, dükanların aylıq kirayə haqqı 200-340 dollardır. Tacirlər icarə haqqının azaldılmasını istəyirlər. Onlar ötən müddət ərzində külli miqdarda borca düşdüklərini söyləyiblər. "Borca mal götürüb, işləmək sərf eləmir. Moskvaya gedib, tikintidə işləyəcəm. Başqa çıxış yolu yoxdur", - onlardan biri mövcud vəziyyətlə bağlı deyib.

Xəbərdə qeyd edilib ki, əvvəllər bu bazara çoxlu sayda alıcı gələrmiş.

Son xəbərlər

Orphus sistemi