Yerevanda polis binasını ələ keçirənlər axşama qədər MTX-nin tələblərinə cavab verməyi planlaşdırır

Yerevanda polis binasını ələ keçirənlər axşama qədər MTX-nin tələblərinə cavab verməyi planlaşdırır Bu barədə jurnalistlərə "Təsis parlamenti" müxalifət hərəkatının üzvü, ASALA terror təşkilatının keçmiş üzvü Alek Yeniqomşyan məlumat verib
Region
19 İyul , 2016 14:38
Yerevanda polis binasını ələ keçirənlər axşama qədər MTX-nin tələblərinə cavab verməyi planlaşdırır

Bakı. 19 iyul. REPORT.AZ/ Yerevanda polis binası ələ keçirən silahlı şəxslər yerli vaxtla axşam saat 19:00-a qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) tələblərinə cavab verməyə hazırdırlar.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "Təsis parlamenti" müxalifət hərəkatının üzvü, ASALA terror təşkilatının keçmiş üzvü Alek Yeniqomşyan məlumat verib.

Bununla belə, A.Yeniqomşyan MTX-nin əsas tələblərinin nə olduğunu açıqlamayıb.

Onun sözlərinə görə, polis binasını ələ keçirənlər "Sasna tsrer" qruplaşmasının üzvləridir.

Qeyd edək ki, bir qrup silahlı şəxs Yerevanın Erebuni rayonunda artıq üç gündür polis bölməsini ələ keçirib və polisləri girov kimi saxlayırlar.

Son xəbərlər

Orphus sistemi