Yuxarı

Yerevanda polis binası hələ də silahlıların nəzarətindədir

Təxminən 100 fəal Azad, müstəqil Ermənistan şüarını səsləndirərək ələ keçirilmiş polis bölməsinə yaxınlaşıb

Bakı. 19 iyul. REPORT.AZ/ Yerevanın Erebuni rayonunda polis bölməsinin bir qrup naməlum silahlı şəxs tərəfindən ələ keçirilməsindən üç gün keçir.

"Report" "News.am" portalına istinadən xəbər verir ki, silahlı qruplaşma hazırda binanın içərisində dörd nəfəri girov saxlayıb. Digər girovlar dünən sərbəst buraxılıb.

Ötən gecə 100 fəal Azadlıq meydanından ələ keçirilmiş polis bölməsinin yerləşdiyi Xorenatsi küçəsinə yürüş edib. Onlar "Azad, müstəqil Ermənistan" şüarını səsləndirərək binanı ələ keçirən, müxalifət lideri Jirayr Sefilyanın azad olunmasını və Ermənistan prezidenti Serj Sarqsyanın istefasını tələb edən qruplaşma üzvlərini dəstəkləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi