Yerevanda polis binası hələ də silahlıların nəzarətindədir

Yerevanda polis binası hələ də silahlıların nəzarətindədir Təxminən 100 fəal "Azad, müstəqil Ermənistan" şüarını səsləndirərək ələ keçirilmiş polis bölməsinə yaxınlaşıb
Region
19 İyul , 2016 11:14
Yerevanda polis binası hələ də silahlıların nəzarətindədir

Bakı. 19 iyul. REPORT.AZ/ Yerevanın Erebuni rayonunda polis bölməsinin bir qrup naməlum silahlı şəxs tərəfindən ələ keçirilməsindən üç gün keçir.

"Report" "News.am" portalına istinadən xəbər verir ki, silahlı qruplaşma hazırda binanın içərisində dörd nəfəri girov saxlayıb. Digər girovlar dünən sərbəst buraxılıb.

Ötən gecə 100 fəal Azadlıq meydanından ələ keçirilmiş polis bölməsinin yerləşdiyi Xorenatsi küçəsinə yürüş edib. Onlar "Azad, müstəqil Ermənistan" şüarını səsləndirərək binanı ələ keçirən, müxalifət lideri Jirayr Sefilyanın azad olunmasını və Ermənistan prezidenti Serj Sarqsyanın istefasını tələb edən qruplaşma üzvlərini dəstəkləyib. 

Son xəbərlər

Orphus sistemi