Yuxarı

Yerevanda iğtişaşlar törətdiyinə görə 160-dan çox adam saxlanılıb

İğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 165 nəfər Yerevanda polis bölməsinə gətirilib

Bakı. 30 iyul. REPORT.AZ/ Ermənistan polisi Yerevanda Xorenatsi küçəsində və Sari Tax rayonunda baş vermiş iğtişaşlar sonrası 165 nəfəri saxlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polisdən iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 165 nəfərin bölməyə gətirildiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti iyulun 29-da axşam saatlarında Yerevanın Xorenatsi küçəsində və Sari Tax rayonunda baş vermiş iğtişaşlar sonrası paytaxtın beş tibb müəssisəsinə müxtəlif dərəcəli bədən xəsarəti almış 60 nəfərin müraciət etdiyini xəbər vermişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi