Yerevanda həyət evində 10 kq trotil və piayada əleyhinə mina aşkarlanıb

Yerevanda həyət evində 10 kq trotil və piayada əleyhinə mina aşkarlanıb Sursatlar hərbi hissələrdən birinin ərazisinə aparılıb
Region
28 Noyabr , 2017 10:09
Yerevanda həyət evində 10 kq trotil və piayada əleyhinə mina aşkarlanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda həyət evlərindən birində 10 kiloqram trotil partlayıcısı və piayada əleyhinə qəlpəli mina aşkar edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, evdə axtarış yerli sakinlərdən birinin siqnalı əsasında aparılıb. O, Baryus küçəsində naməlum şübhəli obyekt görərək xilasediciləri çağırıb. Hadisə yerinə gələn mühəndis-istehkamçı qrupu sursatları aşkar edib. Trotil və mina hərbi hissələrdən birinin ərazisinə aparılıb.

Qeyd edək ki, Ermənistan KİV-i daha əvvəl noyabrın 27-də Yerevan xəstəxanalarından birinə paytaxtın digər hissəsində, Ayvazovski küçəsində, ehtimal ki, tank əleyhinə minanın partlaması nəticəsində qəlpə yaraları alan kişinin gətirildiyini xəbər verib.

Son xəbərlər

Orphus sistemi