Yuxarı

Yerevanda ələ keçirilmiş polis bölməsindən bir girov azad edilib

Polisin binasında hələ 5 nəfər girov saxlanılır

Bakı. 18 iyul. REPORT.AZ/ Yerevanda polis bölməsinin binasını ələ keçirən silahlı qruplaşma girovlardan birini azad edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat verib.

Hazırda polisin binasında hələ 5 nəfər girov saxlanılır. Onların arasında Ermənistan polis rəisinin müavini Vardan Yegiazaryan və Yerevan polis rəisinin müavini Valeri Osipyan da var. 

Xatırladaq ki, dünən səhər bir neçə silahlı şəxs Ermənistan polisinin patrul-post alayının ərazisinə daxil olub və zor tətbiq etməklə oradakı insanları girovluqda saxlayır.

Polisin məlumatına görə, binanın ələ keçirilməsinə cəhd zamanı bir polis məmuru ölüb, üç nəfər yaralanıb. Ardından xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi