Yerevan zooparkının əməkdaşları etiraz aksiyası keçirib

Yerevan zooparkının əməkdaşları etiraz aksiyası keçirib Yerevan zooparkının əməkdaşları mövsümün açılışı ilə əlaqədar zoologiya bağında etiraz aksiyası keçiriblər.
Region
1 May , 2019 14:21
Yerevan zooparkının əməkdaşları etiraz aksiyası keçirib

Yerevan zooparkının əməkdaşları mövsümün açılışı ilə əlaqədar zoologiya bağında etiraz aksiyası keçiriblər.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, piketdə heyvanat bağçasının direktoru Ruben Xaçatryanın istefası tələb edilib.

Bildirilib ki, bu il aprelin 29-da zooparkdakı yeganə Benqal pələnginin ölüsü aşkarlanıb. Ötən il isə vərəm xəstəliyindən Nobel adlı Amur pələngi ölmüşdü. 2018-ci ilin oktyabrında Qafqaz ayısı, noyabrın 13-də də zebr ölüb. Onların qanında və sidiyində böyük miqdarda zəhər aşkarlanıb.

Əsasən, zooparkın əməkdaşlarından ibarət olan etiraz aksiyasının iştirakçıları müəssisənin direktorunu qeyri-peşəkarlıqda, səlahiyyət həddini aşmaqda, şəxsi maraqlarına uyğun olaraq, kadrları təmizləmək və onları təqib etməkdə ittiham ediblər.  

Son xəbərlər

Orphus sistemi