Yerevan meri müavininin xidməti avtomobili qəzaya uğrayıb, 5 nəfər yaralanıb

Yerevan meri müavininin xidməti avtomobili qəzaya uğrayıb, 5 nəfər yaralanıb Sürücü və sərnişinlərin kimliyi haqqında məlumat verilməyib
Region
18 Sentyabr , 2017 14:33
Yerevan meri müavininin xidməti avtomobili qəzaya uğrayıb, 5 nəfər yaralanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Yerevan şəhəri merinin müavini David Ohanyanın xidməti avtomobilinin qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza zamanı merin müavini avtomobildə olmayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Sentyabrın 18-də səhər saatlarında Yerevan-Yerasx avtomobil yolunda “Hyundai Sonata” “Volkswagen”lə toqquşub.

Məlumata görə, qəzaya uğrayan “Hyundai Sonata” avtomobili Yerevan merliyinin balansındadır və David Ohanyana xidmət edir.

Xəbərdə sürücü və sərnişinlərin kimliyi haqqında məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi