Bakı. 18 sentyabr. REPORT.AZ/ Yerevan şəhəri merinin müavini David Ohanyanın xidməti avtomobilinin qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza zamanı merin müavini avtomobildə olmayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Sentyabrın 18-də səhər saatlarında Yerevan-Yerasx avtomobil yolunda “Hyundai Sonata” “Volkswagen”lə toqquşub.
Məlumata görə, qəzaya uğrayan “Hyundai Sonata” avtomobili Yerevan merliyinin balansındadır və David Ohanyana xidmət edir.
Xəbərdə sürücü və sərnişinlərin kimliyi haqqında məlumat verilməyib.
