Bakı. 14 may. REPORT.AZ/ Yəmən İranla diplomatik əlaqələrin kəsilməsi məsələsini araşdırır. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Yəmənin xarici işlər naziri Riyad Yasin bildirib.
Məlumata görə, bu bəyanat İranın humanitar yardım gəmisinin Yəmənin dəniz limanına yan almasından sonra verilib. Xəbərdə bildirilib ki, Tehranın humanitar yardım gəmisi Yəmən ərazisinə daxil olmaq üçün nə ölkə rəsmilərindən, nə də ərəb koalisiyasından icazə almayıb.
Yəmən
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm Yəmənə humanitar yardım aparan İran gəmisinin yoxlanılmasına icazə verməyəcəklərini bildirib. Onun sözlərinə görə, İranın apardığı yardımlar BMT-nin humanitar yardımlar üzrə ofisinin koordinatorluğu ilə Yəmən xalqına paylanacaq.