​XİN: Türkiyə və Rusiya münaqişəsi müvəqqəti xarakter daşıyır

​XİN: Türkiyə və Rusiya münaqişəsi müvəqqəti xarakter daşıyır Bunu Rusiyanın XİN rəsmisi Mariya Zaxarova deyib
Region
25 Mart , 2016 21:41
​XİN: Türkiyə və Rusiya münaqişəsi müvəqqəti xarakter daşıyır

Bakı. 25 mart. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə və Rusiya arasında mövcud münaqişənin müvəqqəti xarakter daşıdığını bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, həmçinin ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlarda Rusiya və Türkiyə münasibətləri məsələsinin qaldırılmadığını qeyd edib.

Bundan əlavə, Zaxarova bildirib ki, Rusiya Suriyada terrorçuların mövqelərinə hava zərbələri endirərkən ölkədə gedən vətəndaş müharibəsinə müdaxilə etmiş olmayıb.

"Orada vətəndaş qarşıdurması var, lakin Hərbi Kosmik Qüvvələrin əməliyyatlarının ona heç bir adiyyəti yoxdur", — deyə Zaxarova "Azadlıq" radiosunun efirində söyləyib.

Son xəbərlər

Orphus sistemi