XİN: Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsinə yol verməyəcək

XİN: Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsinə yol verməyəcək "Türkiyə Rusiya ilə birgə terrorçuluqla mübarizə istiqamətində addımlarını davam etdirəcək"
Region
19 Dekabr , 2016 23:16
XİN: Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsinə yol verməyəcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Türkiyə Rusiyanın Ankaradakı səfiri Andrey Karpovun qətlə yetirilməsinin Rusiya-Türkiyə münasibətlərinə "kölgə salmasına" imkan verməyəcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

"Türkiyə bu xaincəsinə törədilən terror aktını pisləyir. Hücum edən şəxs zərərsizləşdirilib. Bu faciəvi hadisə geniş və hərtərəfli şəkildə araşdırılacaq, bütün məsuliyyətli şəxslər mühakimə olunacaq", — deyə bəyanatda qeyd olunur.

Məlumatda, həmçinin bildirilir ki, Türkiyə Rusiya və digər tərəfdaşları ilə birgə bundan sonra da terrorçuluqla mübarizə istiqamətində addımlarını davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi