​XİN rəhbəri: "Türkiyə ABŞ-ın dəstəyi ilə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat başlamaq niyyətindədir"

​XİN rəhbəri: "Türkiyə ABŞ-ın dəstəyi ilə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat başlamaq niyyətindədir" Çavuşoğlu: "ABŞ-la müqavilələrimiz çərçivəsində, xüsusilə də İncirlik bazasının istifadəsi ilə bağlı, biz uzun bir yol qət etmişik"
Region
5 Avqust , 2015 13:59
​XİN rəhbəri: Türkiyə ABŞ-ın dəstəyi ilə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat başlamaq niyyətindədir

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyə xarici işlər naziri vəzifəsini icra edən Mövlud Çavuşoğlu Suriyada "İslam Dövləti" qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyatın hazırlandığını bildirib.

"Report" xəbər verir ki, bu barədə o, ASEAN ölkələri xarici işlər nazirlərinin görüşü keçirilən Malayziyaya səfəri zamanı TRT televiziya kanalına verdiyi müsahibəsində bildirib:

"ABŞ-la müqavilələrimiz çərçivəsində, xüsusilə də İncirlik bazasının istifadəsi ilə bağlı, biz uzun bir yol qət etmişik. Biz görürük ki, oraya Amerikanın pilotsuz uçan aparatları və pilotların idarə etdiyi təyyarələr gəlməyə başlayıb. Tezliklə biz ABŞ-la birlikdə "İŞİD" qruplaşmasına qarşı kompleks şəkildə hərbi əməliyyatları həyata keçirəcəyik", - nazir deyib.

Yerli mətbuat Pentaqona istinadən məlumat verir ki, ABŞ bu yaxınlarada yeni müqavilələr çərçivəsində İncirlik bazasından istifadə edib. İlk dəfə olaraq, oradan tam silahlanmış və döyüşə hazır vəziyyətdə olan pilotsuz uçan aparat havaya qalxıb. Həmin aparat Suriya ərazisində uçuş həyata keçirib, lakin bu ərazilərdəki "İŞİD" mövqelərinə zərbələr endirməyib. Bundan əvvəl ABŞ-a məxsus uçan aparatlar buradan havaya qalxıblar, lakin onlar silahlı olmayıb və kəşviyyat xarakterli uçuşlar həyata keçiriblər.

Son xəbərlər

Orphus sistemi