Yuxarı
    Bağlamaq

    ​Xarici işlər nazirinin müavini: "Türkiyə bundan sonra Rusiyanın onun hava məkanını pozmayacağına ümid edir"

    Türkiyə XİN başçısının müavini ölkələr arasında mehriban qonşuluq və tərəfdaşlığa cavab verən əlaqələrə qayıtmağa çağırıb

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyə xarici işlər nazirinin müavini Əli Kamal Aydın Rusiya tərəfindən Türkiyə hava məkanının pozulması halının yenidən təkrarlanmayacağına ümid etdiyini bildirib. Bu barədə "Report" TASSa istinadən xəbər verir.

    "Bir neçə müddət bundan əvvəl baş verən insident bizi məyus etdi. Bu hadisə münasibətlərimizdə gərginliyə səbəb ola bilərdi. Lakin müxtəlif fərqlərə baxmayaraq, bizim ikitərəfli münasibətlərimizdə ortaq təmas nöqtələrimiz var", - diplomat bildirib.

    Türkiyə XİN başçısının müavini "ölkələr arasında mehriban qonşuluq və tərəfdaşlığa cavab verən" əlaqələrə qayıtmağa çağırıb

    "Biz bu cür halların təkrarlanmayacağına ümid edirik", - o bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi