​Xarici işlər nazirinin müavini: "Türkiyə bundan sonra Rusiyanın onun hava məkanını pozmayacağına ümid edir"

​Xarici işlər nazirinin müavini: "Türkiyə bundan sonra Rusiyanın onun hava məkanını pozmayacağına ümid edir" Türkiyə XİN başçısının müavini "ölkələr arasında mehriban qonşuluq və tərəfdaşlığa cavab verən" əlaqələrə qayıtmağa çağırıb
Region
15 Oktyabr , 2015 14:38
​Xarici işlər nazirinin müavini: Türkiyə bundan sonra Rusiyanın onun hava məkanını pozmayacağına ümid edir

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyə xarici işlər nazirinin müavini Əli Kamal Aydın Rusiya tərəfindən Türkiyə hava məkanının pozulması halının yenidən təkrarlanmayacağına ümid etdiyini bildirib. Bu barədə "Report" TASSa istinadən xəbər verir.

"Bir neçə müddət bundan əvvəl baş verən insident bizi məyus etdi. Bu hadisə münasibətlərimizdə gərginliyə səbəb ola bilərdi. Lakin müxtəlif fərqlərə baxmayaraq, bizim ikitərəfli münasibətlərimizdə ortaq təmas nöqtələrimiz var", - diplomat bildirib.

Türkiyə XİN başçısının müavini "ölkələr arasında mehriban qonşuluq və tərəfdaşlığa cavab verən" əlaqələrə qayıtmağa çağırıb

"Biz bu cür halların təkrarlanmayacağına ümid edirik", - o bildirib. 

Son xəbərlər

Orphus sistemi