​Xamenei: "Amerikalılar danışıqlar zamanı özlərini çox ləyaqətli aparıb"

​Xamenei: "Amerikalılar danışıqlar zamanı özlərini çox ləyaqətli aparıb" "ABŞ-la başqa məsələlərlə bağlı danışıqlar aparmamışıq və aparmayacağıq"
Region
9 Sentyabr , 2015 15:08
​Xamenei: Amerikalılar danışıqlar zamanı özlərini çox ləyaqətli aparıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Amerikalılar danışıqlar zamanı özlərini çox ləyaqətli aparıb". "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei ABŞ-la İran təmsilçiləri arasında keçirilən görüşü dəyərləndirərkən bildirib.

"Biz konkret səbəblərə görə ABŞ-la yalnız nüvə proqramı üzrə danışıqlar aparmışıq. Onlar (amerikalıları nəzərdə tutur - "Report") danışıqlar zamanı özlərini çox ləyaqətli aparıb. Bununla belə, biz ABŞ-la başqa məsələlərlə bağlı danışıqlar aparmamışıq və aparmayacağıq", - İranın ali rəhbəri vurğulayıb.

Qeyd edək ki, bu il iyulun 14-də İranın nüvə proqramı üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrinin təmsilçiləri ilə İran nümayəndələri arasında aparılan danışıqlar nəticəsində yekun razılaşma sənədi qəbul edilib. Həmin sənədə əsasən, İran nüvə proqramı ilə bağlı qoyulan məhdudiyyətlərə əməl edəcəyinə razılaşıb. Bunun qarşılığında isə "altılıq" Tehrana tətbiq edilən sanksiyaları aradan qaldıracağına söz verib.

Son xəbərlər

Orphus sistemi