Yuxarı
    Bağlamaq

    Vladimir Putin Xəzərdə fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

    Müvafiq sənəd Rusiyanın hüquqi informasiya rəsmi internet portalında dərc olunub

    Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizində fövqəladə hallarla bağlı xəbərdarlıq edilməsi və onların aradan qaldırılması sahəsində əməkdaşlıq sazişinin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd Rusiyanın hüquqi informasiya rəsmi internet portalında dərc olunub.

    Saziş Xəzər dənizi regionunda fövqəladə hallarla bağlı xəbərdarlıq üzrə əməkdaşlıq formalarını, eləcə də Xəzəryanı ölkələrin fövqəladə halların qarşısının alınmasına yönəlmiş qarşılıqlı yardım göstərilməsi və fövqəladə halların qarşısının alınması məqsədilə onların ərazisindən keçmək məcburiyyətində olan yardım göstərəcək qrupların tranzit sadələşdirilməsi qaydalarını özündə əks etdirir.

    Sənəd Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan hökumətləri arasında 2014-cü il sentyabrın 29-da Həştərxanda imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi