Vladimir Putin Xəzərdə fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

Vladimir Putin Xəzərdə fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq sazişini təsdiqləyib Müvafiq sənəd Rusiyanın hüquqi informasiya rəsmi internet portalında dərc olunub
Region
29 Dekabr , 2016 17:23
Vladimir Putin Xəzərdə fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizində fövqəladə hallarla bağlı xəbərdarlıq edilməsi və onların aradan qaldırılması sahəsində əməkdaşlıq sazişinin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd Rusiyanın hüquqi informasiya rəsmi internet portalında dərc olunub.

Saziş Xəzər dənizi regionunda fövqəladə hallarla bağlı xəbərdarlıq üzrə əməkdaşlıq formalarını, eləcə də Xəzəryanı ölkələrin fövqəladə halların qarşısının alınmasına yönəlmiş qarşılıqlı yardım göstərilməsi və fövqəladə halların qarşısının alınması məqsədilə onların ərazisindən keçmək məcburiyyətində olan yardım göstərəcək qrupların tranzit sadələşdirilməsi qaydalarını özündə əks etdirir.

Sənəd Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan hökumətləri arasında 2014-cü il sentyabrın 29-da Həştərxanda imzalanıb.

Son xəbərlər

Orphus sistemi