Yuxarı
    Bağlamaq

    Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyadakı atəşkəs rejimini müzakirə ediblər

    Telefon danışığı zamanı prezidentlər Suriyada atəşkəs rejiminə töhfə verməklə bağlı razılaşıblar

    Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriyada atəşkəs rejiminə töhfə verilməsi, Astana və Cenevrə danışıqlar prosesinin təşviq edilməsi ilə bağlı razılaşıblar.

    Bu barədə "Report" Kremlin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

    Tərəflər həmçinin martın 10-da keçirilmiş Rusiya və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında əldə olunmuş razılaşmalar baxımından Rusiya-Türkiyə əlaqələrinin aktual məsələlərini müzakirə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi