Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyadakı atəşkəs rejimini müzakirə ediblər

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyadakı atəşkəs rejimini müzakirə ediblər Telefon danışığı zamanı prezidentlər Suriyada atəşkəs rejiminə töhfə verməklə bağlı razılaşıblar
Region
4 Aprel , 2017 16:31
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyadakı atəşkəs rejimini müzakirə ediblər

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriyada atəşkəs rejiminə töhfə verilməsi, Astana və Cenevrə danışıqlar prosesinin təşviq edilməsi ilə bağlı razılaşıblar.

Bu barədə "Report" Kremlin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

Tərəflər həmçinin martın 10-da keçirilmiş Rusiya və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında əldə olunmuş razılaşmalar baxımından Rusiya-Türkiyə əlaqələrinin aktual məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi