Yuxarı

Vladimir Putin son iki ildə İsrailin baş naziri ilə yeddinci dəfə görüşəcək

Görüşdə Rusiya hərbçilərinin və İsrail TsAXAL-nın Suriyada fəaliyyətinin əlaqələndirilməsi, bölgədəki problemlər müzakirə olunacaq
© Sputnik/ Сергей Гунеев

Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiya Pezidenti Vladimir Putin bu gün Moskvada İsrailin Baş naziri Binyamin Netaniyahu ilə görüşəcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu, Rusiya Suriyada hərbi əməliyyatlara başlayandan, yəni 2015-ci ilin sentyabrından sonra V.Putinlə B.Netanyahu arasında baş tutan 7-cü görüş olacaq.

İsrail hökumətinin başçısını səfərdə Qüds məsələləri və ekologiya üzrə nazir, Hərbi-Siyasi Kabinetin üzvü Zeev Elkin və Hərbi Kəşfiyyatın (AMAN) rəisi Gertsi Qalevi müşaiyət edirlər.

Görüşdə Rusiya hərbçilərinin və İsrail TsAXAL-nın Suriyada fəaliyyətinin əlaqələndirilməsi, bölgədəki problemlər müzakirə olunacaq.

V.Putinlə B.Netanyahunun görüşdüyü gün Soçidə Suriyada böhranın tənzimlənməsi üzrə “Milli Dialoq Konqresi” keçiriləcək. 

Kremlin mətbuat xidməti həmin forumda Rusiya prezidentinin iştirak etməyəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi