Vladimir Putin son iki ildə İsrailin baş naziri ilə yeddinci dəfə görüşəcək

Vladimir Putin son iki ildə İsrailin baş naziri ilə yeddinci dəfə görüşəcək Görüşdə Rusiya hərbçilərinin və İsrail TsAXAL-nın Suriyada fəaliyyətinin əlaqələndirilməsi, bölgədəki problemlər müzakirə olunacaq
Region
29 Yanvar , 2018 10:43
Vladimir Putin son iki ildə İsrailin baş naziri ilə yeddinci dəfə görüşəcək
Sputnik/ Сергей Гунеев

Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiya Pezidenti Vladimir Putin bu gün Moskvada İsrailin Baş naziri Binyamin Netaniyahu ilə görüşəcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu, Rusiya Suriyada hərbi əməliyyatlara başlayandan, yəni 2015-ci ilin sentyabrından sonra V.Putinlə B.Netanyahu arasında baş tutan 7-cü görüş olacaq.

İsrail hökumətinin başçısını səfərdə Qüds məsələləri və ekologiya üzrə nazir, Hərbi-Siyasi Kabinetin üzvü Zeev Elkin və Hərbi Kəşfiyyatın (AMAN) rəisi Gertsi Qalevi müşaiyət edirlər.

Görüşdə Rusiya hərbçilərinin və İsrail TsAXAL-nın Suriyada fəaliyyətinin əlaqələndirilməsi, bölgədəki problemlər müzakirə olunacaq.

V.Putinlə B.Netanyahunun görüşdüyü gün Soçidə Suriyada böhranın tənzimlənməsi üzrə “Milli Dialoq Konqresi” keçiriləcək. 

Kremlin mətbuat xidməti həmin forumda Rusiya prezidentinin iştirak etməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi