Bakı. 17 dekabr.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hərbçinin vəkili Narine Rştuni məlumat verib.
Onun sözlərinə görə, müvvəkili özünü təqsirli bilmir: "Hərbçi Şirak vilayəti məhkəməsinin sədri Vaqe Minasyanın qərarı ilə Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən tutulub. Bundan sonra Rusiya tərəfinə təhvil verilib”.
*** 12:40
Ermənistanın ədliyyə naziri səlahiyyətlərini icra edən Artak Zeynalyan küçə süpürən qadın Cülyetta Qazaryanın qətli ilə bağlı ətraflı məlumatının olmadığını bildirib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin “rusiyalı hərbçi indi hansı tərəfdədir - Rusiya, yoxsa Ermənistan” sualına cavab verərkən deyib.
“Bu hadisə barədə mən heç nə bilmirəm. Hadisə barədə siz ədliyyə naziri vəzifəsini icra edəndən çox bilirsiniz. Sualı mənə deyil, prokurorluğa ünvanlayın”. O, sualdan yayınaraq məsələ ilə bağlı açıqlama vermək səlahiyyətinin olmadığını bildirib.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan da rusiyalı hərbçinin harada saxlanıldığı ilə bağlı sualı cavablandırmayıb: “Bu suala
Xatırladaq ki, dekabrın 3-də Ermənistanın Gümrü şəhərində küçə süpürən 1961-ci il təvəllüdlü qadın Cülyetta Qazaryanı Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi xüsusi qəddarlıqla döyərək, öldürüb. Bildirilib ki, yaralı çoxsaylı bədən xəsarətləri, qapalı kəllə-beyin, qapalı döş boşluğu travmaları ilə xəstəxanaya aparılıb. Ancaq həkimlər 57 yaşlı qadının həyatını xilas edə bilməyiblər. Cületta Qazaryan xəstəxanada ölüb.