​Ukraynada təyyarə qəzası nəticəsində iki nəfər ölüb

​Ukraynada təyyarə qəzası nəticəsində iki nəfər ölüb Hadisənin başvermə səbəbi araşdırılır
Region
5 Oktyabr , 2015 11:51
​Ukraynada təyyarə qəzası nəticəsində iki nəfər ölüb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ukraynanın Lvov vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Xəbərə görə, hadisə təlim-məşq uçuşu zamanı baş verib.

""Zodiak CH-601" yüngül mühərrikli təyyarə Ukraynanın Tsuniv kəndindəki avia-idman ictimai klubunun aerodromundan uçub. Qəza nəticəsində ölənlərdən biri pilot, o biri isə sərnişin olub", - məlumatda bildirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır. Qəza ilə bağlı cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi