Ukraynada hərbi anbarda partlayış baş verib, 20 min nəfər təxliyyə edilib - VİDEO - YENİLƏNİB

Ukraynada hərbi anbarda partlayış baş verib, 20 min nəfər təxliyyə edilib - VİDEO - YENİLƏNİB Bakı. 9 oktyabr. REPORT.AZ/ Ukraynanın şimalında yerləşən Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığında hərbi anbarda baş verən partlayışla əlaqədar 20 min nəfər təxliyyə edilib.
Region
9 Oktyabr , 2018 09:51
Ukraynada hərbi anbarda partlayış baş verib,  20 min nəfər təxliyyə edilib - VİDEO  - YENİLƏNİB

Bakı. 9 oktyabr. REPORT.AZ/ Ukraynanın şimalında yerləşən Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığında hərbi anbarda baş verən partlayışla əlaqədar 20 min nəfər təxliyyə edilib. 

“Report” UNİAN agentliyinə istinadən xəbər verir ki, hadisə yerinin 16 kilometrliyində yerləşən 30 yaşayış məntəqəsinin sakinləri köçürülüb.

Bundan başqa, Çerniqov vilayətində 20 km radiusunda hava məkanın bağlanıb, bölgə istiqamətində qatarların və avtomobillərin hərəkəti dayandırılıb.

Anbarın yerləşdiyi sahə 680 ha-dır.


*** 08:29

Ukraynanın Çerniqov vilayətində yerləşən hərbi anbarda partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

Anbar ərazisindəki insanlar təxliyyə edilib.

Partlayışdan sonra fövqəladə vəziyyətin aradan qaldırılması üzrə qərargah yaradılıb.

Son xəbərlər

Orphus sistemi