Yuxarı

Ukraynada həbs edilən rusiyalı xüsusi təyinatlılar təyyarə ilə Moskvaya gətirilib

Onlar Vnukovo hava limanında yerə eniblər

Bakı. 25 may. REPORT.AZ/ Rusiyanın xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov "An-148" hərbi təyyarəsi ilə Kiyevdən uçaraq, Moskvanın Vnukovo hava limanında yerə eniblər.

"Report" xəbər verir ki, bu haqda UNİAN agentliyi məlumat yayıb. 

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində həbsdə olan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun əvf edilməsi haqda fərman imzalayıb. Onlar Rusiyada həbsdə olan ukraynalı xalq deputatı Nadejda Savçenko ilə dəyişdirilib.

Qeyd edək ki, Rusiya məhkəməsi bu il martın 22-də Nadejda Savçenkoya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 22 il həbs cəzası vermişdi. O, Ukraynanın Donbas bölgəsində rusiyalı iki jurnalistin ölümündə iştirak etməkdə ittiham olunurdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi