Ukrayna prezidenti və baş naziri Gürcüstana səfər edəcək

Ukrayna prezidenti və baş naziri Gürcüstana səfər edəcək Parlament sədrləri ümumi təhlükələrin və müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayıblar
Region
30 May , 2017 10:47
Ukrayna prezidenti və baş naziri Gürcüstana səfər edəcək

Bakı. 30 may. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Vladimir Qroysman Gürcüstana səfər etməyi planlaşdırır.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ukraynalı həmkarı Andrey Parubiylə keçirdiyi birgə mətbuat konfransda bildirib.

İnformasiyaya əsasən, onlar ümumi təhlükələrin olduğunu və müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayıblar.

Məlumata görə, 2017-ci ildə Gürcüstan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. 

Son xəbərlər

Orphus sistemi