Yuxarı

​Ukrayna prezidenti Nemtsovu ordenlə təltif edib

Pyotr Poroşenko: Boris ukraynalılar üçün həmişə Rusiya vətənsevəri, Ukraynanın dostu olaraq qalacaq

Bakı. 3 mart. REPORT.AZ/ Ukrayna prezidenti Rusiya siyasətçisi Boris Nemtsovun (ölümündən sonra) "Azadlıq" Ordeni ilə təltif edilməsi haqda sərəncam verib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko özünün sosial şəbəkələrdəki səhifələrində yazıb.

"Boris ukraynalılar üçün həmişə Rusiya vətənsevəri, Ukraynanın dostu olaraq qalacaq. O, öz həyatı ilə əgər istək olarsa, bunun birləşdirilə biləcəyinin mümkünlüyünü sübut etdi. Onun həyat şüarı belə idi: "Sizin və bizim azadlığımız uğrunda!" Ona görə də mən onu "Azadlıq" Ordeni ilə təltif etdim", - Pyotr Poroşenko sosial şəbəkədəki yazısında vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi