Yuxarı

Üç gün ərzində Türkiyəyə turlar rusiyalı turistlər arasında ən populyar istiqamət olub

Türkiyə turizm agentlərinin dövriyyəsinin 35%-ni təşkil edib

Bakı. 4 iyul. REPORT.AZ/ Rusiyanın Türkiyəyə turlar satışı ilə bağlı qadağanı aradan qaldırmasından sonra Türkiyə, satılmış səyahət biletlərinə əsasən, rusiyalı turistlər arasında ən populyar istiqamət olub.

"Report" RNS-ə istinadən xəbər verir ki, Türkiyə turizm agentlərinin dövriyyəsinin 35%-ni təşkil edib.

Xatırladaq ki, iyunun 29-da Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bundan sonra V.Putin Nazirlər Kabinetinə Türkiyə ilə ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığı bərpa etməklə bağlı qarşı tərəflə danışıqlara başlamaq üçün tapşırıq verdiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi