Ermənistanın üç vətəndaşı ömürlük həbs cəzası ala bilər

Ermənistanın üç vətəndaşı ömürlük həbs cəzası ala bilər Onlar Hindistan şirkətinin nümayəndəsindən almaz almaq adı ilə quldurluq törədib
Region
7 Noyabr , 2016 13:12
Ermənistanın üç vətəndaşı ömürlük həbs cəzası ala bilər

Bakı. 7 noyabr. REPORT.AZ/ Ermənistanda prokuror Dubayda Hindistan vətəndaşını qətlə yetirməkdə ittiham olunan Ermənistanın üç vətəndaşının ömürlük həbs edilməsini tələb edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevanın Kentron və Nork-Maraş rayonunda keçirilən məhkəmə iclası zamanı prokuror müttəhimlərin - Ovanes Melkonyan, Xosrov Melkonyan və Semyon Yediqaryanın quldurluğa görə 15 il, qətlə görə isə ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.

İttihama görə, onlar böyük miqdarda almaz sifariş verdikləri Hindiastanın "Color Source for Gold and Diamonds Company" şirkətinin nümayəndəsi ilə görüşməli idilər. Lakin cinayətkarların planlarında qiymətli daşları almaq yox, quldurluq yolu ilə soyğunçuluq etmək olub. Nəticədə təyin olunmuş yerdə baş tutan görüş zamanı onalr Hindistan vətəndaşı Salonkinin başına polietilen torba keçirərək onu boğaraq öldürüblər. Cinayətkarlar ümumi dəyəri 1 milyon 700 min dollar olan 6 800 karat miqdarında müxtəlif rəngli almaz əldə edib. 

Son xəbərlər

Orphus sistemi