Türkiyədə nəhəng beynəlxalq layihənin analoqu yaradılır

Türkiyədə nəhəng beynəlxalq layihənin analoqu yaradılır Vadinin sahəsi üç milyon kvadrat metr təşkil edəcək
Region
2 Sentyabr , 2014 18:00
Türkiyədə nəhəng beynəlxalq layihənin analoqu yaradılır
Bakı. 2 senyabr. REPORT.AZ/ Türkiyədə Silikon vadisinin ilk analoqu - Elmi vadi 2023-cü ilədək ölkənin inkişaf konsepsiyası çərçivəsində yaradılacaq. Report Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşık bildirib.

"Vadinin sahəsi üç milyon kvadrat metr təşkil edəcək - bu 420 futbol sahəsinə bərabərdir. Vadidə 150 min elmi və texniki mütəxəssisin işləyəcəyi nəzərdə tutulur", - deyə, nazir qeyd edib.

Onun sözlərinə görə, sentyabr ayının sonunda infrastruktur layihələrinin tenderin keçirilməsi tamamlanacaq, 2015-ci ilin sonunda isə obyektlərin tikintisini başa çatdırılması planlaşdırılır. İnzibati binalardan başqa, çoxfunksionaylı texniki komplekslər, eləcə də gələcək personalın bütün tələblərinə cavab verəcək yaşayış və infrastruktur binalarının - məktəb, xəstəxana, idman kompleksləri, banklar mədəniyyət və digər sosial obyektlərin tikintisi nəzərdə tutulub.

"Gələn həftədən biz universistetlə danışıqlara başlayacaq və vadidə işləmək istəyən şəxslərin hansı biliklərə malik olması, hansı elmi istiqamətlərini təmsil edəcəklərini müəyyən edəcəyik" - deyə, nazir bildirib. 

Fikri İşık vurğulayıb ki, nazirlik yerli və xarici investor və tikinti şirkətləri ilə danışıqlar aparır. Onun sözlərinə görə, xarici firmalar öz işində yerli işçi qüvvəsindən istifadə edəcəklər.

Nazir Elmi vadinin tikintisinin Türkiyə hökumətinin qlobal layihələr çərçivəsində ən mühüm məsələlərindən biri olduğunu qeyd edib. Həmin layihələrin 2023-cü ildə respublikanın yüzillik yubileyinə qədər həyata keçirilməsi planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi