Yuxarı
    Bağlamaq

    Türkmənistan prezident əhali üçün bütün güzəştləri ləğv etməyi tapşırıb

    Qurbanqulu Berdıməhəmmədov: Güzəştlər hamıya yox, yalnız həqiqətən sosial yardıma ehtiyacı olanlara şamil olunmalıdır

    Bakı. 7 iyun. REPORT.AZ/ Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov baş nazirin müavininə əhali üçün bütün güzəştlərin ləğv edilməsi üzrə təkliflərin hazırlanması tapşırığı verib.

    Bu barədə "Report" Türkmənistan KİV-inə istinadən xəbər verir.

    "Güzəştlər hamıya yox, yalnız həqiqətən sosial yardıma ehtiyacı olanlara şamil olunmalıdır", - Q.Berdıməhəmmədov iyunun 6-da keçirilən iclasda bildirib.

    Qeyd edək ki, Türkmənistanda əhalinin elektrik enerjisi, qaz, duz və sudan pulsuz istifadəsinə dair qərar qərar 1993-cü ildə 10 il müddətinə qəbul edilib. 2006-cı ildə prezident Saparmurat Niyazov qanunun qüvvədə olma müddətini 2030-cu ilə qədər uzadıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi