Yuxarı

​Türkmənistan milli təhlükəsizlik naziri bir ildən sonra işdən çıxarılıb

Dövlət sərhəd xidmətinin rəisi Mırat İslamov da tutduğu vəzifədən azad edilib

Bakı. 2 mart. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkənin milli təhlükəsizlik naziri və dövlət sərhəd xidmətinin rəisinin dəyişməsi haqda fərman imzalayıb.

"Report" Türkmənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə başçısının mətbuat xidməti məlumat yayıb.

Prezidentin fərmanı ilə milli təhlükəsizlik naziri general-leytenant Köcgəldi Xocaverdiyev səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib. O, bu posta 2015-ci ildə təyin edilib. Ondan öncə isə prezidentin mühafizə xidmətinin rəisi olub. Milli təhlükəsizlik naziri vəzifəsinə Dövrangəldi Bayramov təyin edilib. Bundan əvvəl o, Dövlət Gömrük Xidmətinə başçılıq edib.

Dövlət sərhəd xidmətinin rəisi Mırat İslamov da tutduğu vəzifədən azad edilib. O, bu postda 2013-cü ildə təyin olunub. Onun yerinə əvvəllər Türkmənistan Silahlı Qüvvələri Hərbi-Dəniz qarnizonun komandanı olmuş Begenç Gündoğduyev təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi