Yuxarı
    Bağlamaq

    Türkiyəyə gələn və gedən təyyarələr silahlı polislər tərəfindən müşayiət olunacaq

    © Flickr / Cristian Bortes

    Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyənin hava limanlarına və əks istiqamətdə bir sıra beynəlxalq reyslər silahlı polislər tərəfindən müşayiət olunacaq.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan bildirib.

    Qeyd edək ki, Türkiyə parlamenti tərəfindən ötən həftə qəbul edilən qanuna görə, terror hücumlarına qarşı tədbir məqsədilə Türkiyəyə və oradan uçuş həyata keçirən təyyarələrdə silahlı polislər ola bilər.

    "Təhlükəsizlik məqsədilə göyərtədə silahlı polislərin olması təcrübəsi yalnız Türkiyədə tətbiq olunmur. Bu metoddan ABŞ və Böyük Britaniya daxil olmaqla, bir çox ölkələr də yararlanırlar. Qanunvericilik əvvəlcə buna icazə vermirdi, bu səbəbdən çətinliklər yaranırdı. Yeniliklər yalnız bəzi uçuşlara şamil ediləcək", - A.Arslan vurğulayıb.

    Onun sözlərinə görə, hava polisinin əməkdaşları uçuş həyata keçirilən iki ölkə arasında müvafiq saziş imzalandıqdan sonra beynəlxalq reysləri müşayiət edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi